Nazir Qubada vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların qəbulu avqustun 5-də saat 10:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri Heydər Əliyev prospekti 1) keçiriləcək.

Nazir adı çəkilən bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 4 avqust 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.


Share: