Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində 120 polis əməkdaşı həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
Nazir bu sayın artacağını istisna etməyib.
Bundan başqa, təbii fəlakət nəticəsində 32-dən çox jandarma da dünyasını dəyişib.