Tələbə təhsil kreditləri tələbənin özünə deyil, ali təhsil müəssisələrinə veriləcəkdir.
Müstəqil.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, kreditlərin ödənməsini fondun Əmanətlər Şurası müəyyən edəcək:
“Ola bilər ki, tələbə təhsil haqqının bir hissəsini öz büdcəsi ilə, digərini kreditlə ödəyəcək. Tələbə kreditləri əlavə seçim olaraq tələbələrə təqdim edilir. Bir daha qeyd edim ki, kreditlərin verilməsi təhsil tarixində irəliyə doğru addımdır və təhsildə böyük imkanlar yaradır”.