Paytaxtın Nizami, Xətai, Binəqədi rayonlarında yerləşən şadlıq saraylarına xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı həmin resotran və şadlıq evlərinin atmosferi konsaregen maddələrlə çirkləndirdiyi müəyyən edilib.
Müstəqil.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Real TV-ə müsahibəsində bildirib ki, bu restoranların ərazisindən qalxan tüstü saat 8-dən sonra ərazinin atmosferini bürüməklə yanaşı çirklənməyə də səbəb olur.
Bunula bağlı həmin iaşə obyektlərinə xəbərdarlıq olunub ki, filtr və müasir havalandırma sistemlərindən istifadə etsinlər.
Xəbərdalıqdan nəticə çıxarmayanlar cərimə olunacaq. Özü də bu cərimələrin məbləği nəzərəçarpacaq dərəcədə çox olacaq.
Bunlarla yanaşı Xəzər sahilində yerləşib çirkab sularını dənizə axıdan iaşə obyektləri sahibləri qarşısında da təmizləyici qurğulardan istifadə etmələri ilə bağlı tələb qoyulub. Tələbləri yerinə yetirməyənlər isə cərimə olunacaqlar.
Nazirlik təkcə havanı, dənizi çirkləndirənləri deyil, ağackəsənlərə qarşı da sərt addımlar atmaq niyyətindədir. Bu addımlardan ilki cərimə məbləğlərinin artırılması olacaq. Nazir bu günlərdə səfərdə olduğu Naxçıvanın təcrübəsindən də danışıb.
“Naxçıvanda insanlar təbiəti qoruyurlar, təbiətə hər kəs diqqətlə yanaşır. Bakıda da bunu tətbiq etmək lazımdır. Marifəndirmə ilə yanaşı cərimələr artırılmalıdır. Bilməlidirlər ki, ciddi cəza və cərimələr tətbiq olunacaq”, – deyə nazir qeyd edib.
Müstəqil.Az