Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək “Formula 1 SOCAR Azərbaycan Qran-prisi” ilə bağlı təlimat məktubu göndərilib.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.
Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.