Nazlı Dilbər Çələbi “Xəyanətin dadı” adlı yeni kitabını təqdim edəcək…

Müstəqil.Az bildirir ki, tanınmış həkim və istedadlı yazıçı Nazlı  Dilbər Çələbinin “Xəyanətin dadı” adlı yeni kitabı işıq üzü görüb.

Həkim- yazıçı “Sevginin sehri” , “888” , “Ağ xalatlı ölüm mələyi” , “Qanlı düşərgə”, “İblisin məşuqəsi” adlı dedektiv romanların da müəllifidir.

“Xəyanətin dadı” adlı əsəri müəllifin sayca 6-cı kitabıdır.

Kitabın redaktoru AYB-nin və AJB-nin  üzvü,tanınmış şair Nəcibə İlkindir.

9 noyabr,2019-cu il, saat 14:30-da “Azərkitab Kitab Təbliğat Mərkəzində ” kitabın imza günü və təqdimat mərasimi keçiriləcəkdir.

Bir çox şairlərin şeirlərini öz gözəl qiraəti və ifası ilə rəngləndirən istedadlı xanımın həkim və yazıçı dünyası ilə yaxından tanış olmaq istəyən hər kəs bu tədbirə dəvətlidir.

Sağlamlığımızın keşiyində durub insanların daxili aləmini ,yaşantılarını bacarıqla qələmə alan Nazlı Dilbərə həm peşə,həm də yaradıcılıq uğurları arzu edirik…

Mənəvi və fiziki sağlamlığı eyni anda ustalıqla müalicə etməyi bacaran yazıçı-həkim görüşünə gəlmək istəyənləri doğma ünvan “Azərkitabda” gözləyəcək…

 

Müstəqil.Az

Aysel Səfərli

La imagen puede contener: Nazlı Çələbi, primer plano

Share: