ABŞ-nin şərqində Baltimorda körpünün uçması nəticəsində azı altı nəfərin öldüyü güman edilir.
xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Həlak olanların adları hələlik açıqlanmır.
Baltimor polisi daha əvvəl körpünün uçmasının terror aktı olduğuna dair heç bir əlamət olmadığını bildirmişdi.
Həmçinin Amerikanın Merilend ştatında körpünün uçmasından sonra fövqəladə vəziyyət elan edilib.
***
26.03.2024
Saat 11:31
ABŞ-ın Baltimor şəhərində yük gəmisi körpüyə çırpılıb.
xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində körpü uçub.
Francis Scott Key körpüsündə baş verən qəzadan sonra körpü nəqliyyatın hərəkəti üçün bağlanıb.
Körpüdə olduğu ehtimal edilən 7 inşaat işçisi və 4 avtomobillə əlaqədar xilasetmə əməliyyatı davam edir.