Neftçalada DTX işçilərinin peşə bayramı qeyd olundu — Fotolar

Neftçalada DTX işçilərinin peşə bayramı qeyd olundu — Fotolar

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 104-cü ildönümüdür. Bu münasibətlə Neftçalada DTX işçilərinin peşə bayramı qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, ilk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala rayonundakı əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-inn məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və xidməti işçilər iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi Dövlət Təhlükəsizlik Xidməti işçilərini peşə bayramları münasibətilə təbrik edir və peşə fəaliyyətlərində uğurlar arzulayır.


Share: