Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsindəki qələbəmizin ikinci ilinin tamam olması münasibətilə əlaqədar olaraq Zəfər Gününə həsr olunan voleybol idman növü üzrə rayon birinciliyi, məktəblilər arasında şahmat turniri, “Zəfər Kuboku” bilik yarışması, veloyürüş, ümumrayon iməcliyi, Neftçala rayonunun 215 şəhidinin xatirəsinə ağacəkmə aksiyası, Neftçala rayon ağsaqqallar şurasının görüşü, məktəblilərin Hərbi Qənimətlər Parkına ekskusiyası, mədəniyyət ocaqlarında və məktəblərdə digər silsilə tədbirləri həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Neftçala şəhərinin mərkəzi küçə və prospektləri, qəsəbələr, kəndlər bəzidilib və 8 noyabr Zəfər Gününü qeyd etməyə tam hazırdır.
Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, məktəblilər və məktəbəqədər təhsil müəssisələrinin körpələri iştirak edib.
İlk öncə keçirilən tədbirlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.
Təşkil olunan voleybol idman növü üzrə rayon birinciliyinin, məktəblilər arasında şahmat turnirinin, “Zəfər Kuboku” bilik yarışmasının və veloyürüşün qalibləri fərxi fərman və medallarla təltif olunublar.
Keçirilən tədbirlər Rayonun bütün qəsəbə və kəndlərini əhatə edib.