“Neftçi”nin legionerinin cəza müddəti AÇIQLANDI

“Neftçi”nin legionerinin cəza müddəti AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin futbolçusu Yuri Matiasın cəza müddəti açıqlanıb.

“Report” xəbər verir ki, Premyer Liqanın XI turunda “Sabah”a qarşı keçirilən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alan braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

28 yaşlı legioner həm də klubunun 500 manat cərimələnməsinə səbəb olub.

Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.

Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Share: