“Neftçi”nin titul sponsoru açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 2023-2024 mövsümündə paytaxt təmsilçisinin yeni sponsoru Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olacaq.
Sözləşməyə görə, əsas və əvəzedici komandaların oyun, həmçinin, məşq formalarının ön hissəsində SOCAR-ın loqosu əks olunacaq.
Qeyd olunub ki, “Neftçi”nin bundan əvvəlki Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə sponsorluq müqaviləsinin müddəti başa çatıb.