Nemət Əvəzovun açıqlaması İrəvanı silkələdi

Nemət Əvəzovun açıqlaması İrəvanı silkələdi

Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun özünü qondarma qurumun başçısı kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim ediləcəyi və məhkəməyə çıxarılacağı barədə açıqlaması Ermənistanda hələ də müzakirə edilir.

Müstəqil.Az Axar.az-a istinadən xəbər verir ki, bir daha bu mövzuya toxunan müxalif “Ermənistan” blokundan olan deputat Andranik Tevonyon maraqlı etiraflar da edib.

O bildirib ki, Azərbaycan bu açıqlaması ilə “bizim ərazimizdə” antiterror əməliyyatı aparmaq hüququnu özündə saxladığını göstərdi:

“Siz mənim Araik Arutyunyana münasibətimi bilirsiniz. O, yumşaq desək, ikrah doğurur. Əgər indiyədək o özünü güllələməyibsə, demək, özünə hörmət hissi yoxdur. Onun yerində olan istənilən normal adam tapançanı götürər və özünü güllələyərdi. Yaxşı, ən pis halda istefa verməli idi. Buna baxmayaraq, o, bizim cinayətkardır, onunla biz məşğul olmalıyıq, Azərbaycan deyil”.

Maraqlıdır, Araik “dövlət başçısıdırsa”, Ermənistanın deputatı onu niyə “öz cinayətkarımız” adlandırır və ona Ermənistanda cinayət işi açılmasını istəyir?

Bu, separatçı-terrorçu Araiki kimlərin ortaya atması və ondan necə istifadə edildiyini etirafıdır.

Müstəqil.Az

Share: