“Neo QLED 8K” haqqında bir neçə söz — Hər şey ən xırda detalına qədər görünür

“Neo QLED 8K” haqqında bir neçə söz — Hər şey ən xırda detalına qədər görünür

“Samsung Neo QLED 8K” televizorları artıq hər ev üçün bu əvəzolunmaz məhsulun xüsusiyyətlərini yenidən müəyyənləşdirib.

“Neo QLED 8K” televizorları şirkətin patentləşdirilmiş “Quantum Mini LED” mikroskopik “LED” texnologiyasından istifadə edərək dəqiq yerli parlaqlıq nəzarəti ilə arxa işıqlandırma təmin edir. Bu texnologiya sayəsində tamaşaçı ən qaranlıq və ən parlaq səhnələrdə görüntünün ən xırda detallarını ayırd edə biləcək. İndi standart “Quantum Matrix Technology” ilə müqayisədə yerli işıqlandırmanın dəqiq idarə edilməsi üçün arxa işıq zonaları 1,5 dəfə çoxdur.

“Neo QLED TV”nin 8K görüntü keyfiyyətinə güclü “Neo Quantum AI” prosessoru zəmanət verir. Tək neyron şəbəkəsi əvəzinə “Neo Quantum 8K” kvant prosessoru vizual məlumatları təhlil etmək üçün 16 neyron şəbəkəsi tərəfindən yaradılan məlumatlardan istifadə edir. Nəticə ən kiçik təsvir detallarının 8K mümkün olan ən yüksək ayırdetmədə müstəsna dəqiqliyidir.


Share: