“İsrail əsgərləri HƏMAS-ı məhv etmək məqsədi ilə Qəzza zolağına daxil olub”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib.
“İsrail hərbçiləri HƏMAS-ı məhv etmək və 7 oktyabrda hücum zamanı əsir götürülən girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub. Dünən gecə quru qoşunlarımız Qəzzanın qapılarından keçərək əraziyə girdilər. Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan müharibədir. Məqsədimiz HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaqdır”, – deyə Netanyahu qeyd edib.