İsrailin Baş naziri Binyamin Netanyahu, Qəzza zolağına endiriləcək zərbələrin gücünü və tezliyini artırmaq niyyətindədir.
Müstəqil.Az bildirir ki, bu barədə İsrail Baş nazirinin rəsmi “Twitter” səhifəsində çərşənbə axşamı yayımlanan mesajda deyilir.
“Situasiyanın qiymətləndirilməsindən çıxan nəticəyə əsasən hücumların tezliyinin və gücünün artırılması barədə qərar verildi”, – deyə mesajda vurğulanıb.
Müstəqil.Az