Netanyahu xəstəxanadan evə buraxıldı

Netanyahu xəstəxanadan evə buraxıldı

İsrailin Baş naziri Benyamin Netanyahu xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü 73 yaşlı siyasətçi özünü pis hiss edərək huşunu itirib.

Netanyahunun səhhəti pis olduğu üçün onu “Tel HaShomer” xəstəxanasının kardiologiya mərkəzinə yerləşdiriblər.

Hazırda Netanyahunun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Share: