Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Livanın şiə qruplaşması “Hizbullah” oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailə hücumu ilə başlayan münaqişəyə tam qoşulmaq qərarına gəlsə, “həyatının ən böyük səhvini edəcək”.
Bu sözləri Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu ölkənin şimal sərhədində yerləşən hərbçilərə baş çəkərkən deyib.
“Hizbullah”ın döyüşlərə tam qatılmağa qərar verib-verməyəcəyini indi deyə bilmərəm. Amma “Hizbullah” müharibəyə girmək qərarına gəlsə, həyatının ən böyük səhvini edəcək. Biz ona qeyri-bərabər bir qüvvə ilə zərbə vuracağıq. Bunun həm “Hizbullah”, həm də Livan dövləti üçün dağıdıcı nəticələri olacaq”, – Netanyahu bildirib.
“Biz istənilən ssenariyə hazırıq”, – deyə baş nazir əlavə edib.
Mənbə: TASS