Netanyahunun oğlu qayda pozdu, hesabları donduruldu

Netanyahunun oğlu qayda pozdu, hesabları donduruldu

İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun sosial media hesabları bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Yairin atasını kürsüsündən uzaqlaşdıracaq koalisiya hökumətində iştirak etməyə razı olan Yamina Partiyasından olan millət vəkili Nir Orbachın ev ünvanını səhifəsində paylaşması olub.

O, atasının tərəfdarlarının deputatın evinin yanında nümayiş keçirmələrini istəyib. Bundan sonra feysbuk və instaqram platforması qaydaları pozduğu üçün Netanyahunun oğlunun hesablarını dondurub.

Onun tvitter səhifəsi isə 12 saat müddətində aktiv olmayacaq.

Share: