Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı şahmatçımız Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.
Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.