Niderlandda 2024-cü il yanvarın 1-dən məktəblilərə diqqəti yayındırdığı və nəticələrə təsir etdiyi üçün sinifdə mobil telefon, planşet və smart saatdan istifadə etmək qadağan ediləcək.
Bu barədə ölkə hökuməti məlumat yayıb.
“Mobil telefonların həyatımızla sıx bağlı olmasına baxmayaraq, onların sinifdə yeri yoxdur. Şagirdlər diqqətini cəmləməyi bacarmalı və onlara yaxşı oxumaq imkanı verilməlidir. Elmi araşdırmalar göstərir ki, mobil telefonlar buna mane olur”, – ölkənin təhsil naziri Robbert Deykqraaf bildirib.
Hökumət qeyd edib ki, cihazlardan istifadəyə yalnız rəqəmsal bacarıq dərsləri zamanı, tibbi səbəblərə görə və ya əlillər tərəfindən istifadə üçün icazə veriləcək.
Mənbə: rbc.ru