Niderlandda uşaqlar da evtanaziyaya müraciət edə biləcəklər

Niderlandda uşaqlar da evtanaziyaya müraciət edə biləcəklər

Niderlandda 1-12 yaş arasında olan uşaqlara evtanaziyaya müraciət etmək hüququ verilib.

“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, bu barədə Niderland hökuməti qərar qəbul edib.

Bildirilib ki, ölkədəki həkimlər sağalmaz xəstəliyə tutulan və buna görə dözülməz iztirablar çəkən uşaqların həyatına son qoya biləcəklər.

Qeyd edək ki, Niderland dünyada evtanaziyanı qanuniləşdirən ilk ölkə olub.


Share: