Niger ordusu Fransa qoşunlarının ölkəni sentyabrın 3-dək çıxarmasını tələb edir

Niger ordusu Fransa qoşunlarının ölkəni sentyabrın 3-dək çıxarmasını tələb edir

Nigerdə ​​üsyançıların yaratdığı “Vətənin Qurtuluşu Milli Şurası” Fransadan sentyabrın 3-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib.

Milli Şuranın nümayəndəsi xatırladıb ki, Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarmaq üçün 30 gün vaxt verilib. Bu müddət sentyabrın 3-də başa çatır.

Telekanal bildirir ki, Niger əhalisi arasında Fransa hərbçilərinin respublikada olmasından narazılıq artır. Ölkənin hakimiyyət orqanlarına Nigeri tərk etməyə məcbur etmək üçün Niamey bazasında yerləşdirilən fransız hərbçilərin qida, elektrik və su təchizatını kəsmək çağırışları var.

Mənbə: Sky News Arabia

Share: