Niger Prezidenti “vətənə xəyanət” maddəsi ilə mühakimə ediləcək

Niger Prezidenti “vətənə xəyanət” maddəsi ilə mühakimə ediləcək

Nigerdə hakimiyyəti ələ keçirən xunta Prezident Məhəmməd Bazumu “vətənə xəyanət” maddəsi ilə mühakimə etməyə hazırlaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, bəyanat Qərbi Afrika ölkələrinin Nigerə müdaxilə etmək üçün hərbi qüvvələrin həyəcan siqnalı verməsindən sonra elan edilib.

Hakimiyyəti ələ keçirən ordunun qurduğu keçid hökuməti Bazumu mühakimə etmək üçün lazım olan bütün dəlilləri və sübutları topladığını elan edib.

Qeyd edək ki, iyulda hərbçilər hökuməti devirdikdən sonra Bazum ev dustaqlığına buraxılıb.


Share: