Nigerdə ABŞ hərbçilərinin ölkədən çıxarılması tələbi ilə nümayiş keçirilib

Nigerdə ABŞ hərbçilərinin ölkədən çıxarılması tələbi ilə nümayiş keçirilib

Nigerdə ABŞ hərbçilərinin ölkədən çıxarılması tələbi ilə nümayiş keçirilib

Nigerin paytaxtı Niameydə ABŞ hərbçilərinin ölkədən dərhal çıxarılması tələbi ilə nümayiş keçirilib.

xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Burkina-Faso, Rusiya və Niger bayraqlarını daşıyan minlərlər etirazçı Niger Parlamentinin binası qarşısına toplaşıblar.

Onların arasında keçid hökumətinin nümayəndəsi polkovnik Amadu Abdraman və rəsmi şəxslər olub.

Keçən ay Niger Hökuməti ölkənin şimalında Amerikanın pilotsuz uçuş aparatı bazasının qurulmasına görə, super güc dövlətlə hərbi müqaviləni ləğv edib.

Nigerin hərbi hakimiyyət orqanları müqavilənin ölkənin maraqlarına cavab vermədiyini qeyd ediblər.

Rəsmi rəqəmlərə görə, Nigerdə ​​təxminən 1100 ABŞ hərbi qulluqçusu var.

Share: