Bazar günü Nigerdə “Barhan” hərbi əməliyyatı çərçivəsində Sahel bölgəsində olan fransız qoşunlarının ölkə ərazisindən tamamilə çıxarılması tələbi ilə nümayiş keçirib.
Nümayişin təşkilatçılarından biri və M-62 Hərəkatının koordinatoru Seydou Abdulaye bildirib ki, etirazçılar fransız qoşunlarının Nigerdən dərhal çıxarılmasının tərəfdarıdırlar.
Niamey şəhər hakimiyyəti cari aksiyaya iki imtinadan sonra icazə verib.
Qeyd edək ki, Fransa qüvvələrinin geri çəkilməsini tələb edən oxşar aksiyalar son bir ildə regionun digər ölkələri Burkina Faso və Çadda da keçirilib.
Mənbə: TASS