Nigerdə ​​leysan yağışları 75 nəfərin həyatına son qoyub

Nigerdə ​​iyun ayından bəri davam edən leysan yağışlar nəticəsində yaranan daşqın və torpaq sürüşməsi çoxsaylı tələfata gətirib çıxarıb.

Bu barədə çərşənbə axşamı Afrika ölkəsinin mülki müdafiə xidməti məlumat yayıb.

Son məlumatlara görə, leysan yağışlar nəticəsində 75 nəfər ölüb, 102 nəfər xəsarət alıb.

Təbii fəlakət nəticəsində 108 346 nəfər zərər çəkib. Həmçinin, 12700 ev dağıdılıb.

Səlahiyyətlilər ölkə əhalisinə kömək etmək üçün təcili tədbirlər görür. Artıq 628 tondan çox taxıl və un paylanılıb.

Sinoptiklər yaxın həftələrdə güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, Nigerdə ​​yağışlı mövsüm iyundan sentyabrın əvvəlinə qədər davam edir.

Mənbə: TASS

Share: