Nigeriyanın şimalındakı Yobe əyalətində may ayından bəri yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 75 nəfər ölüb.
Bu barədə çərşənbə günü bölgənin fövqəladə hallar xidmətinin rəhbəri Məhəmməd Qoye məlumat verib.
“31 mindən çox ev daşqınlardan zərər çəkib”, – deyə o, bildirib.
Qeyd edək ki, Nigeriyada yağışlı mövsüm mayın sonunda başlayır və sentyabrda bitir.
Mənbə: TASS