Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək. Nijni Novqorod şəhərinin “Striqino” beynəlxalq aeroportu xarici ölkələrə uçuş cədvəlini yeniləyərkən ora Bakı (Azərbaycan) istiqamətini də salıb.
Belə ki, fevral ayının 17-dən adıçəkilən şəhərdən paytaxtımıza reyslər həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl AZAL və Rusiyanın “Aeroflot” aviaşirkəti Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlanacağını açıqlamışdı.
Müstəqil.Az