Nikita Mixalkovun səhhəti yenidən pisləşdi

Nikita Mixalkovun səhhəti yenidən pisləşdi

Rusiyalı məşhur rejissor Nikita Mixalkovun səhhəti yenidən pisləşib

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissor yenidən Moskvadakı xəstəxanaların birinə yerləşdirilib. Ona ürəyin işində fasilələr və nəfəs darlığı diaqnozu qoyulub.

Hazırda Nikita mürəkkəb ürək aritmiyalarının cərrahi müalicəsi şöbəsindədir.

Qeyd edək ki, rejissor ilin əvvəlində koronavirus testi müsbət çıxmışdı. Kompüter tomoqrafiyasından keçdikdən sonra ona ağciyərlərinin zədələnmiş nahiyələrinin böyüməsi diaqnozu qoyulmuşdu.

Share: