Nikita Xruşşovun oğlu intihar etdi

SSRİ-nin sabiq rəhbərlərindən biri Nikita Xruşşovun oğlu, politoloq Sergey Xruşşov ABŞ-da intihar edib.

Müstəqil.az Teleqraf.com-a istinadən xəbər verir ki, 84 yaşlı politoloq Nyu-Yorkda yaşadığı evdə silahla özünü öldürüb. O, başından aldığı güllə yarası ilə dünyasını dəyişib.

Polis hadisənin intihar olduğunu müəyyənləşdirib.

Qeyd edək ki, S.Xruşşov 1991-ci ildən ABŞ-da yaşayıb.

Share: