“Nikol Paşinyan, iki qəbir qaz” – Ermənistanda vendetta

Konfutsi deyərdi ki, qisas almağa başlamadan öncə iki qəbir qaz. Nikol Paşinyan və onun canfəşanlıq edən prokurorları bizə bu gerçəkliyi xatırlatmaqdadırlar.

Müstəqil.Az Teleqraf.com-a istinad edərək  xəbər verir ki, bu fikirlər bir neçə gün öncə “Vaşinqton Tayms” qəzetində yer alan məqalədə qeyd olunur.

Bildirilir ki, korrupsiyanın aradan qaldırılmasına dair çağırışlar edən, yeni səhifələr açmağa səsləyən ölkənin yeni baş naziri Nikol Paşinyan tərəfindən siyasi müxalifətin həbsxanaya göndərilməsi yalnız yeni pyesin növbəti vərəqləridir:

“Bu addımlar Ermənistanın Qafqazda strateji gələcəyi üçün heç nə vəd etmir. Keçmiş prezident Robert Köçəryan iyulun 26-da cənab Paşinyan tərəfindən təşkil olunmuş gedişlə saxlanıldı. Ancaq bir neçə gün sonra yenidən sərbəst buraxıldı. O, 2008-ci ildə seçkidən sonra ölkənin konstitusiya quruluşunun dəyişdirilməsində və kütləvi iğtişaşada insan itkisində ittiham olunur. Hüquqi baxımdan bu cür ağır cinayətlərdə ittiham olunan şəxsin yenidən azadlığa buraxılması qanunsuzluq təsiri bağışlayır”.

Yazıda bildirilir ki, baş prokurorun keçmiş prezidentin saxlanılmasına dair sanksiyasının konstitusiyaya uyğunluğunu Ermənistan Konstitusiya Məhkəməsi müəyyən etməlidir:

“Həmçinin, cənab Paşinyan barədə 2008-ci ildə müstəntiqin verdiyi həbs qərarının qanunçuluq prinsipinin pozulub-pozulmadığını da hüquqi cəhətdən müəyyənləşdirməyə yalnız o səlahiyyətlidir. Biz hazırda Ermənistanda bunun əksini müşahidə etməkdəyik. Halbuki, Ermənistan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub, BMT-nin bir sıra sazişlərini ratifikasiya edib”.

Yazıda R.Köçəryanın həbsi və azadlığa buraxılması rejissor Ceyms Maktiqin çəkdiyi və Natali Portmanın baş rolda oynadığı “Vendetta” filminə bənzədilir. Qeyd edək ki, filmdə “Vendetta” ləqəbli Qay Foksun Federal Təhqiqat Bürosu tərəfindən yaxalanması və müəmmalı şəkildə azadlığa buraxılması təsvir olunur.

Müstəqil.Az

Share: