Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsində ölən əsgərin məzarına gül qoymasına icazə verilməyib.
Müstəqil.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Belə ki, Vayots Dzor vilayətinin Getap kəndində Paşinyan ölən erməni əsgərinin məzarına gül qoymaq istəyib, lakin hərbçinin qardaşı buna imkan verməyib.
“Bu, qardaşımın məzarıdır. Mənim hüquqlarım var. Sənə icazə vermirəm”, – kənd sakini Paşinyana deyib.
Müstəqil.Az