Amerikalı aktyor Nikolas Keyc “Uzunayaqlılar” qorxu filmində baş rolu oynayacaq.
O, həm də filmin prodüserlərindən biri olacaq.
Yeni ekran əsərinin süjetinin təfərrüatları açıqlanmır.
Prodüserlərin sözlərinə görə, film klassik Hollivud psixoloji trillerləri ruhunda çəkiləcək. Çəkilişlər 2023-cü ildə başlayacaq.
Filmin ssenari müəllifi və rejissoru Oz Perkins olacaq.
Mənbə: gazeta.ru