Nikolun oyunu: Qarabağa muzdlular belə gətirilir

Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağda çoxlu şəxsi heyət itkisini dolayı yolla etiraf etməsi və bütün erməniləri Qarabağda savaşa səsləməsindən sonra erməni aviaşirkətlərinin fəaliyyəti aktivləşdirilib.

Müstəqil.Az  xəbər verir ki, Ermənistan Mülki Aviasiya Komitəsi artıq erməni aviaşirkətlərinin Qarabağa guya humanitar yardım gətirilməsi məsələsinə qoşulduğunu bildirib. Bu işdə “Armenia”, “Atlantis European Airveys”, “Atlantis Armenian Airveys”, “Armenia Airveys” aviaşirkətlərinin iştirak etdiyi vurğulanıb.

Bununla belə, Ermənistan şirkətlərinin təyyarələrlə məhz humanitar yardım gətirməsiylə bağlı müəyyən şübhələr yaranıb. Belə ki, bundan öncə Ermənistanın humanitar yardım adı altında ölkəyə silah və döyüşçü gətirdiyi ilə bağlı faktlar ortaya çıxıb.

Maraqlı məqam budur ki, aviaşirkətlərin indiki aktivliyi Paşinyanın ölkəyə bütün erməniləri səsləməsindən sonra qeydə alınıb. Bu isə aviaşirkətlərin humanitar yardım yerinə xarici ölkələrdən erməniləri və digər millətlərdən olan muzdluları gətirəcəyi ehtimalını artırıb.

İlkin Mete XAN

Share: