Usman NASIR
(Tarix kitabından)
I
Çıraq yanır… Bir yaralı qanad təki hər ağır,
Düşünürəm. Ürəyimdən sanki sanki sel axır,
Ağrıyıram. Titrəyirəm… huşum pərişan,
Keçmiş, bu gün və gələcək görünür hər an.
Çalışıram, bütün güçüm gözümə gələr;
Çırağıma pərvanətək vurular illər, –
Ətraf isə dolar birdən yanmış qanada…
Düşünçəmdə: böyük səhra, minirəm ata
Küləkdən sürətli, buluddan yüngül çapıram;
Alovlanan hər qanaddan mən ruh tapıram.
Son yumulan gözə baxım, – mən qorxmalıyam?
Olmayacaq bircə şeydə gözdən yayınan.
Gözləyirəm, qışqıracaq illər, adamlar.
Eşıdılər mənə tərəf gələn addımlar…
II
Sarı qumlar arasında qalxacaq günəş
Axır Nildə kölələrin gözlərindən qanlı yaş.
Fəryadlara dözə bilmir bu yer, asiman.
Ra hardadır? Azırsa da, Ağrıdır Tufon!
Kimdən kömək istəyəcək axı xəstə qul?
Ərki çatmır, həyat bağlı d; Tanrı da məlul!
Qabda suyu yox, torbası bom boş həm çörək-nan yox!
Batıb günəş kimi, üzündə qan yox.
Görən gözləri yox və bədən…heyhat!
Firon onu əzır, bundan alır dad!
Fironun hökmü sərt, əməli ilhəq,
Tanrılara xoş gələn bu, həyatı həqq.
Misir boyu Nildə axır “quldan axan qanlı yaş
III
Ta Misirdən Ramzesəcən, Ramzesdən bəri
Şahzadə qız Kleopatranın hökümlü dövrü.
O zamandan bəri keçdi çox illər,
Gah küsdü, barışdı, dəydi könüllər.
Göz yaşından, qəlb daşından düzəldi heykəl,
Məğrur dudu, məğrur baxdı, etmədi məhəl
Nə insandan, nə zamandan heç qorxmadı da.
Qəzəbini gizlətməyi qullar kimi də!
Qullar…-mənəm o qullarin ölməz övladı,
Mənim özüm, heç olmadı qulların yadı.
Mənim özüm, göylərəcən alov-od saçıb,
Ataların lap əzəldən təməli daşıb,
Azadlığın abidəsini tikən mənəm, mən!
O can mənəm, o qan mənəm, bilinsin mənəm!
IV
İrəli şığıyır hər zaman atım da
bahar səması tək ağlar Roma da.
Sinəsində süd olmayan bir ana,
Körpəsini qoydu qaya altına.
Ölüm yaxşı, alçaldılsa kişi bu qədər,
Bir çörək nə? Ona çatmaq çətin olsa gər.
Yandırmazmı şimşək bütün cümlə cahanı?
Fəlakət üçünmü ömür, almzamı canı?
Sən cavab ver, gəl yanıma, ey yaşlı Homer,
Göz yaşı və qan ətrinə susamışmı yer?
Yaxşı, qoca! Şadam sonra danışdığımçün,
Bu nə keyf? Görünmürmü gözlərdə hüzn?
Hələ çılpaq Roma ağlar, hələ qəlb əzər,
Hələ qızıl qədəhində qan içər Sezar!
V
Roma səmasında sisli bir duman,
Böyük bir qəzəblə öcün alaman :
“İnsan ilə heyvanın oyunu imiş…”
(Belə oyunlara öyrənmək bir iş.)
Dişlərini qıcırdıb kükrəyir pələng,
Dört tərəfə atılaraq, sanki edir cəng.
gözləri qanla dolu, oynayır, doymaz…
bu qan səni boğar durmağa qoymaz!
Bir bax, dırnaqlarını dişləyib gəlir,
Necə hücum etdi! Səslər yüksəlir:
“Eh ey axmaq Roma, sevinmə qana!
Axı başqa bir alçaltma varmı insana?” —
Dedi, son nəfəsdə igid qladiator,
Roma – ölümlə oynanan çılğın teatr!
VI
İsti yollar… üsyan qoxusuna deyir dur varaq
Buludların üstündə gəzir Spartak.
Göy-qalxan, yay-ildırım, yanar od,
Zülm üçün ağlamaq, hər tərəf bərbad .
Cavab versin. Platonmu, Virgili, və ya —
Başqa kim var? Kim cəsarətlidir? Şahid kimdir, bax?
Ki – gecə nə qədər qaranlıq olarsa, ay o qədər parlaq?
Spartakın orduları hələ də gedir.
Mənim özüm, heç vaxt ölməz qullar övladı.
Mənim özüm, heç vaxt sönməz ocağın odu
Mənim özüm, göylərəcən alov-od saçıb,
Atalarım başı üstən ruhunu asıb
Gələcəyim abidəsin tikən o insanam məməm!
O can mənəm, o qan mənəm, həmin şan mənəm!
1935 il.
Tərcümə etdi: Rahmat Babacan