Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən tanınmış jurnalist Niyaz Niftiyevin işi nəzarətə götürülüb.
Müstəqil.AZ Bakupost.az -a istinad edərək xəbər verir ki, bu barədə N.Niftiyevin vəkili Ənnağı Məmmədli məlumat verib.
Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin səhhətini nəzərə alaraq avqustun 23-nə təyin edilən məhkəmənin vaxtı dəyişdirilərək sabaha – 17 avqusta təyin edilib.
Vəkil bildirib ki, N.Niftiyevin avqustun 10-dan başladığı aclıq aksiyası davam edir və onun səhhətində problemlər yaranmağa başlayıb.
Qeyd edək ki, bu gün səhər 240-dan çox tanınmış şəxs Niyaz Niftiyevin səhhətinin nəzərə alınması, onun azadlığa buraxılması üçün Baş prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət ediblər.
Müstəqil.AZ