Nizaminin Fitnəsi kim imiş…

Türkoloq alim, Professor Minə xanım Təkləli Nuriyeva sosial şəbəkədəki paylaşmaları ilə diqqəti çəkən tarixi məqamlara toxunmaqla da ədəbiyyatımızın, tariximizin, yaddaşımızın alt qatına toxunur.

Müstəqil.Az bu dəfə xanım professorun Fitnə haqda paylaşdığı gerçəkləri yayınlayır:

“Nizaminin təsvir etdiyi şah nədimi ayüzlü Fitnə əslində real şəxsiyyət olub; bu ağıllı və gözəl qadın vəzir Cəfər Bərməkinin cariyəsi idi.

 

Onun dillər əzbəri olan gözəlliyi qədər də iti güclü ağlı vardı. 5. Abbasi xəlifəsi Harun ər Rəşid (17 mart 763 – 24 mart 809) Bərməkini öldürtdükdən sonra bu gözəl xəlifə sarayına keçirilir. Gördüyü yüksək diqqətdən dolayı ərköyün, cəsarətli bir təbiətə malik olan Fitnə ilə xəlifə arasında həqiqətən naz, küsü baş verirdi. Çox vaxt inad edib könlüncə olmayan nəyi isə icra etməz, xəlifəni sözünü yerə salarmış. Belə ki, sifariş verilən bir şeiri və ya nəğməni məhz ona görə oxumurmuş ki, mən həqiqi əfəndim Cəfər Bərməkidən sonra bir də bunu oxumam deyər, xəlifə ilə arasında ixtilaf yaranardı… Möhkəm tellərlə ona bağlanmış acıqlanan xəlifə də bir-iki günlük küsüşmə ilə kifayətlənərmiş…”
Müstəqil.Az

Share: