Norveç Nobel Komitəsi 2023-cü il Nobel Sülh Mükafatına 305 namizədin irəli sürüldüyünü açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Komitə namizədlik ərizələrinin fevralın 1-də başa çatdığını, 2019-cu ildən bəri ən aşağı nominasiya sayı olduğunu bildirib.
Son 8 ildə mükafata namizədlərin sayı 300-ü keçdiyi halda, 2016-cı il 376 namizədlə ən çox namizədin qeydə alındığı il olub.
Qeyd edək ki, dövlət başçıları, siyasətçilər, universitet professorları və xarici əlaqələr təşkilatlarının direktorları mükafata namizədliklərini irəli sürə bilərlər.
Nobel mükafatı laureatlarına diplom, Nobel medalı və təxminən 1 milyon dollar pul mükafatı verilir.
Mükafat öz sahiblərini dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilən mərasimdə tapır.
COVID-19 pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə mükafatlandırma mərasimləri keçirilməyib.