Norveçin neft fondu 2022-ci ilin birinci yarısında 173 milyard dollar zərərə düşüb. Bu məbləğ onun bütün investisiyalarının dəyərinin 14,4%-ni təşkil edir.
Bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.
“Bu vəziyyət Avropada faiz dərəcələrinin artması, yüksək inflyasiya və Ukrayna müharibəsi nəticəsində yaranıb. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17%, istiqrazların dəyəri isə 9,3% ucuzlaşıb. Xüsusən də texnologiya şirkətlərinin səhmləri 28% dəyərdən düşüb”, – deyə fondun rəhbəri Nikolay Tangen bildirib.
O əlavə edib ki, son 6 ayda müsbət dinamikanı yalnız enerji sektoru göstərib – 13%. Həmçinin fondun daşınmaz əmlaka investisiyaları da 7,1% dəyər qazanıb.
Mənbə: TASS