Heç düşünmüsünüz ki, not sistemini kim kəşf edib? Özü də niyə məhz do-re-mi-fa ardıcıllığı ilə…
Müstəqil.Az Publika.az-a istinadla notların yaranmasının maraqlı tarixini təqdim edir.
Dünyaca məşhur not sisteminin yaradıcısı Qvido d’Аrtessodur. Qvido 10-11-ci əsrlərdə İtaliyanın Toskana şəhərində yaşayıb. Hətta Florensiyada həmin monaxın xatirəsinə heykəl ucaldılıb.
Qvido müxtəlif məbədlərdə kilsə xor ifaçılığı üzrə ustad olub. Ömrü boyu İtaliyanı başdan-başa dolaşıb və not sistemini yaratmaq yolunda böyük əmək sərf edib.
Monaxın əsasını qoyduğu not sistemi və hər bir notun izahı aşağıdakı kimidir:
Do – Dominus – Tanrı;
Re – rerum – materiya;
Mi – miraculum – möcüzə;
Fa – familias рlanetarium – planetlər ailəsi, günəş sistemi;
Sol – solis – Günəş;
La – lactea via – Süd yolu
Si – siderae – Səma.
Qvidonun bu sistemi nəinki İtaliyada, eləcə də bütün dünyada günümüzədək təsdiqlənib, tədris olunur.