Növbədənkənar prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb

Növbədənkənar prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Qeyd edək ki, sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması təmin edilməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət yanvarın 8-dək olan dövrü əhatə edir.

Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Share: