Növbədənkənar prezident seçkiləri nədən elan edildi – çox güman, bu sual çox insanı düşündürür, mən də çalışacam ki, öz ehtimallarımı yazım, müzakirə edək:
1) Son 3 ildə baş verənlər, ərazi bütövlüyünün və suverenliyimizin bərpası möhtəşəm hadisədir, Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, buna nail ola bildi. Tarixi hadisədir, və tariximizdə qızıl hərflərlə qalacaq və təbii ki, Ali Baş Komandan kimi İlham Əliyevin bu məsələdə müstəsna rolu var. Əliyev 20 illik hakimiyyəti dövründıə heç vaxt bu qədər populyar olmayıb, reytinqi belə yüksəlməyib – siyasi nəzəriyyəyə görə reytinqin ən pik növtəsində siyasətçilər seçkiyə gedim “güvən təzələməsi” edirlər, bu anlamda verilən qərar məntiqlidir,
Yenipress.az