Növbəti vətəndaş qəbulu Cəlilabadda keçiriləcək

Növbəti vətəndaş qəbulu Cəlilabadda keçiriləcək

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, 5 iyun saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 025-24-5-54-98) müraciət edə bilərlər.


Share: