Yaxın Şərqdə və Türk dünyasında qeyd olunan Novruz bayramının etimologiyası ilə bağlı bir çox mübahisəli fikirlər söylənilib.
Adı farsca tarixdə qalmış, rəsmən Əhəmənilər İmperiyasının hakimiyyəti dövründə qeyd olunmağa başlanmış bu bayramın zərdüştiliklə əlaqəli olması ilə bağlı da fikirlər söylənilir. Günümüzdə türdilli ölkələrdə də bu adla qeyd olunsa da, əslində türk tarixində bu bayramın özünəməxsus adları olub.
Rəşidəddin Fəzlullah Həmədanin XIV əsrdə yazdığı “Came ət-Təvarix (Tarixlər Toplusu)” kitabından sitat:
“Tarixdə qeyd olunub ki, Elxanilər hökmdarı Qazan xan hicri-qəməri təqvimini “Türk Təqvimi”nə çevirib. Belə ki, həmin islahat nəticəsində qəməri ili yerinə günəş ili təqvimə daxil olub və ilin başlanğıc günü “Gün Yengilənmiş” adlanıb. İlin adları isə türk ədədləri ilə müəyyən olunmuş 12 bürcə bölünmüşdür: birinci bürc, ikinci bürc, üçüncü bürc və s. On iki heyvan adı ilə adlanan bölgü də həmin təqvimin bir hissəsi olub. Bu təqvim “Xan Təqvimi” yaxud “Qazan Təqvimi” adlanıb.
Came ət-Təvarix (Tarixlər Toplusu), 3-cü cild, haşiyələr bölməsi:
“Kün = Gün Yengilamişi”
Bu söz Came ət-Təvarix və fars dilində yazılan digər əlyazmalarda həmçinin “Kun Yenkilamişi”, “Kun Yenkalamişi” və “Kuniaklamişi” kimi də qeyd olunmuşdur.
“Kün = Gün Yengilamişi” bir neçə hissədən ibarədir: kun = gün:; Yengi = yeni, təzə; La = fel şəkilcisi; Miş = keçmiş zaman şəkilcisi.
Söz ümumilikdə yeni günə başlamaq, bayram etmək və yeni ilin başlanğıcını qeyd etmək mənasına işlənir.
“Gün Yengilənməsi” mərasimi
“Zic* Mühəqqiq Sultani” kitabından sitat:
* Zig (ərəbcə Zic) ulduzların hərəkəti və xüsusiyyətləri barədə yazılan kitab deməkdir.
“4-cü fəsil, türklərin tarixindən: Moğol şahlarının dövründən etibarən ilin birinci gününü “Gün Yengilənmiş” adlandıraraq bayram kimi qeyd edərlər. Moğollar həmin günü toy kimi qeyd edib, daha çox ağ rəngdə yeni paltar geyinib və biri-birinə hədiyyələr apararlar. Hədiyyələr paltar, at, yaylıq, və qamçılardan ibarətdir …”
Hazırladı: Əli Şükrü