Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.
REAL-ın “Report”a istinadən məlumatına görə, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.
Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.
Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.
Faktla bağlı araşdırma aparılır.