Nuh əyyamından qalan və yaxud Nazir müavininin ibtidai təhsil aldığı məktəbin acı taleh

Nuh əyyamından qalan və yaxud Nazir müavininin ibtidai təhsil aldığı məktəbin acı taleh

Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələr sırasındadı. İstehsal müəssisələri ilə yanaşə tibb, təhsil sektorunda da nəzərə çarpacaq dərəcədə irəliləyişin olduğu açıq-aşkar hiss olunur. Statistikaya nəzər yetirdikdə bu rəqəmlərin çox yüksək olduğunu görərik.

Yeni məktəblər, xəstəxanalar tikilir, təmirə ehtiyacı olanlar isə yüksək səviyyədə təmir olunaraq yeni, müasir avadanlıqla təhciz olunur. Bu çox yaxşı, sevindirici haldır.
Cəlilabad rayon, Maşlıq kənd orta məktəbi təxminən 1940-ci illərdə tikilib, istifadəyə verilib. Fəaliyyəti dövründə vətənə layiqli vətəndaşlar yetişdirib və yetişdirməkdədir. Yetirmələri arasında alimlər, yüksək çinli məmurlar da var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov də ibtidai təhsilini məhz bu məktəbdə almışdır.
Açıklama yok.
Məktəb inşa olduğu vaxtdan bir dəfə də olsun əsaslı təmirə dayanmamışdır. 807 şagirdin təhsil aldığı məktəbi görəndə düzü oranın məktəb olmasına inanmadıq. Çünki quş damını xatırladan bu köhnə tikilinin məktəb olması heç cürə inandırıcı deyildi. Əminliklə deyə bilərik ki, bu vəziyyətdə heç yerdə tövlə də ola bilməz. Rayon mərkəzindən on kilometr məsafəsi, masir evləri olan Maşlıq kənd orta məktəbinin bu vəziyyətdə olması insanda dəhşət doğurur. Doğurdanmı müasir rayonda bu vəziyyətdə olan məktəb mövcüddü? Amma acı da olsa bu həqiqətdi…
Maraqlıdır, görəsən dövlətin ayırdığı milyonlarla vəsaitdən bu kəndin payına niyə düşmür?
Açıklama yok.
Cəlilabad rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi bu məktəbin, məktəblilərin taleyinə niyə biganə yanaşırlar. Axı, Maşlıq kəndinin sakinləri də ölkənin bərabərhüquqlu vətəndaşlarıdı. Ölkəmizin müstəqilliyində, inkişafında zəhmətləri olduğu kimi, rifahının yaxşılaşdırmasında da haqları var.
…Etiraf edim ki, sinif otaqlarına daxil olmağa çəkindik. Düzü, dəhlizdə tavanın uçmaması üçün vurulan dirəyin ağırlığdan əyilməsi bizi qorxutdu.
Açıklama yok.
Öyrəndik ki, hal-hazırda məktəbdə təhsil alan 807 şagirdin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur. Şəraitin həddindən artıq acınacaqlı olmasına baxmayaraq şagirdlərin təhsilə marağı qənaətbəxşdir. Müəllimlər də çətinliklərə baxmayaraq vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Hər il Ali və orta ixtisas məktəblərinə qəbul faiz başqa məktəblərlə müqayisədə daha yüksək olur.
Təəssüflər olsun ki, bu məktəbə olan ögey münasibət kənd sakinlərində ümidsizlik yaradır. Əlaqədar təşkilatlar bir yana, heç kəndin yetirmələri olan yüksək çinli məmurlar da ürək yandırmırlar.
İnanırıq ki, Maşlıq kənd orta məktəbin vəziyyəti ilə maraqlanıb, lazimi ölçü götürənlər olacaq.
Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvi, Prezident təqaüdçüsü.
Share: