Qazaxıstan paytaxtının sakinləri şəhərin adının yenidən Astana olmasını dəstəkləyiblər.
Sentyabrın 13-də şəhər məclisi (yerli nümayəndəlik orqanı) paytaxtın adının dəyişdirilməsinə münasibət bildirmək təklifi ilə vətəndaşlara müraciət edib. Bu mövzuda onlayn rejimdə ictimai dinləmələr keçirilib.
Dövlət Tarixi İnstitutunun direktor müavini Burkitbay Ayaqan Nur-Sultan adının, bəlkə də, tələsik qoyulduğunu deyib.
“Onimastika Komissiyası şəhərə Astananın adının qaytarılması ilə bağlı təklifimizi ətraflı nəzərdən keçirib və bunun daha məqsədəuyğun olduğunu, ən əsası isə cəmiyyəti birləşdirməyə imkan verdiyini düşünür”, – deyə o bildirib.
O, həmçinin qeyd edib ki, birinci prezident, yəqin ki, bunu anlayışla qarşılayacaq və inciməyəcək.
Nur-Sultan Məsləhət Şurasının katibi Yerlan Kanalimov öz növbəsində əlavə edib ki, bu proses üç il əvvəlkindən daha ucuz başa gələcək.
Xatırladaq ki, sentyabrın əvvəlində “Jana Qazaxstan” (“Yeni Qazaxıstan”) parlamentinin bir qrup deputatı Nur-Sultan şəhərinin adının dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Bildirilmişdi ki, bir adamın adının sağlığında şəhərə verilməsi düzgün deyil.
Mənbə: Gazeta.ru