Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Nurgün” Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
“Qafqazinfo” xəbər verir ki, Fonda ianə edilən ağaclar işğaldan azad olunan ərazilərin dirçəlişi, Qarabağda təbiətin yaşıllaşdırılması üçün istifadə ediləcək.
Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib.
30 illik işğal müddətində ekologiyaya və təbiətə vurulmuş ciddi zərəri aradan qaldırmaq hər bir vətəndaşın borcudur.
Qeyd edək ki, bu il ümummilli liderin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.