“Qış yuxusu”, “Bir zamanlar Anadoluda” və “Əhlat ağacı” filmləri ilə tanınan Türkiyəli rejissor Nuri Bilge Ceylanın 98 yaşlı anası Fatma Ceylan dünyasını dəyişib.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda həyatını itirən Fatma Ceylanın Yenicenin Çakıroba kəndində dəfn mərasimi keçirilib.
“Anadolu” agentliyinin məlumatına görə, günorta saatlarında Çakıroba Köyü Məscidində keçirilən mərasimdən sonra rejissorun anası yaxınlarının iştirakı ilə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Fatma Ceylan oğlu Ceylanın “Yurt trilogiyası” adlı seriala daxil olan və bir çox beynəlxalq uğurları qazanan “Kasaba” və “Mayıs Sıkıntısı” filmlərində də rol alıb.