“Azərbaycan çox haqsızlıqlar yaşayıb və bunu düzəltmək lazımdır”.
Bu barədə “Report”a Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib.
“Mən Azərbaycanın 30 il ərzində yaşadığı ədalətsizliyi düzəltməyə çalışmaq niyyətindəyəm. Bərpa və tərəqqi görmək istəyirəm”, – o deyib və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün çox güclü siyasi xətti var.
“Ümid edirəm ki, bu, davam edəcək və regionda sülhə gətirib çıxaracaq”, – Fond rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-da təsis etdiyi Fondun məqsədi Azərbaycanın mədəni irsini dünyada təbliğ etməkdir.
Xanım Qringer, həmçinin qeyd edib ki, bir yəhudi kimi onun üçün İran-Azərbaycan sərhədində, Cəbrayıl rayonunda olmaq xüsusi əhəmiyyət kəsb edir.